Çempionlar Liqasının finalı İstanbulda olmayacaq – ŞOK XƏBƏR

Çempionlar Liqasının finalı İstanbulda olmayacaq – ŞOK XƏBƏR

Hazırda oxunan: Çempionlar Liqasının finalı İstanbulda olmayacaq – ŞOK XƏBƏR

20842

UEFA 2020-2021-ci il Çempiopnlar Liqasının qalibini müəyyənləşdirəcək İstanbul finalının yerini dəyişmıək istəyir.

Bizim.Media italyan jurnalist Nikolo Skiranın “Twitter” hesabındakı posta istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının finalının keçiriləcəyi şəhəri dəyişir. Belə ki, İstanbulda baş tuacağı deyilən görüş indi Lissabon, yaxud Londonda keçirilə bilər. 

İctimai fəallar bunu Türkiyədəki yoluxmalar və karantin məhdudiyyətləri ilə əlaqələndirsələr də, idman ekspertləri başqa fikirdədir.

Belə ki, onların fikrincə, ÇL finalında 2 ingilisin klubunun (Mançester Siti-Çelsi) qarşılaşması iki ilin ən maraqlı oyununu Britaniya paytaxtına daşıya bilər. Böyük Britaniyada “lokdaun”un da ləğv olunması futbol oyunlarının azərkeşlərlə dolu stadionda keçiriləcəyini istisna etmir. 

Xatırladaq ki, finalda qarşılacaq Quardiola və Tuxelin klubları ötən həftə Premyer Liqa çərçivəsində yarışıblar və Çelsi Mançester Sitidən bir top üstün olub – 1:2.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO