“Araz Naxçıvan” Estoniya çempionunu darmadağın etdi

“Araz Naxçıvan” Estoniya çempionunu darmadağın etdi

Hazırda oxunan: “Araz Naxçıvan” Estoniya çempionunu darmadağın etdi
207918
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün ikinci oyununu keçirib.

Bizim.Media xəbər verir ki, ilk matçda “Sparta Belfast”ı 7:1 hesabı ilə yenən təmsilçimiz bu dəfə Estoniya çempionu “Sillamae Silla”yla qarşılaşıb.

Rəqib isə ilk matçda İsveç “Uddevalla”sına 3:10 hesabı ilə yenilib.

“Qırmızı-ağlar” ilk oyunla müqayisədə bu dəfə meydana tam heyətlə çıxmışdı. Belə ki, qırmızı vərəqə cəzasını başa vuran Lazar Milosavljeviç meydana çıxmaq şansı qazanmışdı. Baş məşqçi Vitali Borisov da “5-lik”də dəyişiklik etmişdi. Hesabı 5-ci dəqiqədə Amadeu açıb. 9-cu dəqiqədə rəqib bərabərlik qolunu vurmaq şansını qaçırıb. Pfeninq penlti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 13-cü dəqiqədə “qırmızı-ağlar” fərqi artırıb.

Bu dəfə Yaniç rəqib torunu silkələyib. Kadinho isə 3-cü qolun müəllifi olub. İkinci hissədə ilk qol Manafovun ayağına yazıldı. Növbəti qolun ötürməsini edən Manafov Kadinhonun dubl etməsinə imkan yaradıb. 33-cü dəqiqədə Ülvi Əliyev də qol vuranlar sırasına qoşuldu. Komandamız qrupda son oyununu İsveçin “Uddevalla” komandasına qarşı keçirəcək.

Qeyd edək ki, əsas mərhələyə ancaq qrup lideri vəsiqə qazanır.

“Sillamae Silla” (Estoniya) – “Araz – Naxçıvan” (0:3) 0:7

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO