Bolqarıstanda daha 2 yunan-Roma güləşçimiz növbəti mərhələyə adladı

Hazırda oxunan: Bolqarıstanda daha 2 yunan-Roma güləşçimiz növbəti mərhələyə adladı

20543

Daha iki yunan-Roma güləşçimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirinin səkkizdəbir final mərhələsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, yunan-Roma güləşi üzrə millimizin üzvlərindən Murad Məmmədov (60 kq) Stiq Andre Berqe (Norveç), Rəsul Çunayev (67 kq) isə moldovalı Donior İslamova qalib gəliblər. Növbəti mərhələdə M.Məmmədov Maksim Kajarski (Belarus), R.Çunayev isə Deyvid Dimitrov (Bolqarıstan) ilə qarşılaşacaq.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, güləşin bu növündə güləşçimiz İslam Abbasov (87 kq) martda Macarıstanda keçirilən Avropa Olimpiya təsnifat turnirində lisenziya qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO