Avropa Liqasında bu gün finalçılar bəlli olacaq

Hazırda oxunan: Avropa Liqasında bu gün finalçılar bəlli olacaq

20243

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, bununla da qitənin ikinci dərəcəli klub turnirində finalçılar müəyyənləşəcək.

İngiltərə təmsilçilərindən "Arsenal" İspaniyada 1:2 hesabı ilə uduzduğu "Vilyarreal"ı bu dəfə Londonda qəbul edəcək.

Meydan sahiblərinə mərhələ adlamaq üçün yalnız qələbə lazım olduğu halda, "Qarabağ"la eyni qrupda mübarizə aparmış qonaqları istənilən heç-heçə də qane edəcək. Oyun öncəsi komandaların heyətində zədəli futbolçu yoxdur. Yalnız ilk görüşdə qırmızı vərəqə görən "Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu cəzalı olduğu üçün görüşü buraxacaq.

Yarımfinalın digər oyununda isə İngiltərənin "Mançester Yunayted" komandası İtaliyada "Roma"nın qonağı olacaq. Evdəki qarşılaşmada rəqibinə 6:2 hesabı ilə qalib gələn "qırmızı şeytanlar" finala vəsiqənin taleyini demək olar ki, həll ediblər.

UEFA Avropa Liqası, yarımfinal

Cavab oyunları

23:00. "Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

İlk oyun - 1:2

23:00. "Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)

İlk oyun - 2:6

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO