“Sumqayıt” hücumçusu ilə yollarını ayırdı

“Sumqayıt” hücumçusu ilə yollarını ayırdı

Hazırda oxunan: “Sumqayıt” hücumçusu ilə yollarını ayırdı
202295
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Sumqayıt"da növbəti ayrılıq gerçəkləşib. 

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi ilə Kasimir Ninqa arasında imzalanmış müqavilənin müddəti başa çatıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Kimyaçılar" çadlı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Kasimir Ninqa 2023-cü ilin yayından "Sumqayıt"da çıxış edirdi. 31 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO