Məşhur futbolçunun qalmaqallı görüntüləri yayıldı - VİDEO

Hazırda oxunan: Məşhur futbolçunun qalmaqallı görüntüləri yayıldı - VİDEO

19793

Sosial şəbəkələrdə “Atletiko”nun uruqvaylı hücumçusu Luis Suarezin italyan dilindən imtahan verməsi ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, kadrlar ötən ilin payızında Peruca Universitetində qeydə alınıb.

Həmin vaxt “Barselona” üçün oynayan futbolçu “Yuventus”a keçə bilərdi. Ancaq Turin klubunda mövsümə düşməsi üçün dil testindən keçməli və Avropa İttifaqının pasportunu almalı idi.

Görüntülərdən aydın olur ki, Suares imtahanı verməkdə çətinlik çəkir. Bununla belə o, testdən keçə və orta səviyyəli sertifikat ala bilir.

Peruca prokurorluğu Peruca Universitetində dil testi fırıldaqçılığı ilə əlaqədar istintaqı tamamlayıb. Müttəhimlərdən biri saxtakarlıq etdiyini etiraf edərək, məhkəmə ilə razılığa gəlib.

Bundan əlavə, iş üzrə məsul hakim, Suaresin imtahan suallarının məzmunu ilə əvvəlcədən tanış olduğunu təsdiqləyib. (sportinfo)

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO