Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu - FOTO

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu - FOTO

Hazırda oxunan: Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu - FOTO
195314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi məlum olub.

Bizim.Media xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Changrenlə xalı yarı bölüb.

Beləliklə 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub. Yarışın qalibi adını qazanan şahmatçımız həm də 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə E.Səfərli 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda M.Muradlını qələbə münasibətilə təbrik edib.

Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu - FOTO - foto 1
Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi oldu - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO