Azərbaycan Basketbol Liqası: Bu gün yarımfinalın daha bir görüşü KEÇİRİLƏCƏK

Azərbaycan Basketbol Liqası: Bu gün yarımfinalın daha bir görüşü KEÇİRİLƏCƏK

Hazırda oxunan: Azərbaycan Basketbol Liqası: Bu gün yarımfinalın daha bir görüşü KEÇİRİLƏCƏK

191339

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək. 

Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Xırdalan" və "Sabah" arasında ikinci oyun baş tutacaq. 

Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Sabah"ın 101:85 hesablı qələbəsi ilə başa çatıb. "Xırdalan" qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq. 
Qeyd edək ki, yarımfinalın digər cütündə "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşıb.

Mayın 8-də "Sərhədçi" İdman Mərkəzində baş tutan matçda ikincilər 63:61 hesablı qələbə qazanıb. Bu komandalar arasında ikinci oyun sabah gerçəkləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO