Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTO

Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTO

Hazırda oxunan: Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTO

190992

Braziliyada baş verən sel fəlakəti nəticəsində "Qremio"nun ev oyunlarını keçirdiyi stadion da zərər görüb.

Bizim.Media xəbər verir ki, "Qremio Arena"nı su basıb və stadionun meydanı palçıqlı hovuza çevrilib. 

Xarici mətbuatda arenanın seldən ciddi şəkildə zərər gördüyü bildirilir.

Sözügedən arena 2012-ci ildə istifadəyə verilib. Bu stadionun tutumu 60 min nəfərdir. "Qremio Arena" Cənubi Amerikanın ən müasir stadionlarından biridir. 

Qeyd edək ki, Braziliyada ötən həftədən indiyədək davam edən yağış nəticəsində yaranan sel səbəbindən 84 nəfər dünyasını dəyişib, 111 nəfər itkin düşüb. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO