UEFA-dan Halil Umut Melerə növbəti TƏYİNAT

UEFA-dan Halil Umut Melerə növbəti TƏYİNAT

Hazırda oxunan: UEFA-dan Halil Umut Melerə növbəti TƏYİNAT

190744

UEFA türkiyəli FİFA referisi Halil Umut Melerə təyinat verib.

Bizim.Media xəbər verir ki, o, Konfrans Liqasının yarımfinalının "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) cavab oyununu idarə edəcək.

H. Umut Melerə yan xətt hakimləri qismində həmyerliləri Mustafa Emre Eyisoy və Kerem Ersoy köməklik edəcəklər. Dördüncü hakim fünksiyasını isə İrfan Pelyto (Bosniya və Herseqovina) yerinə yetirəcək.
Mayın 8-də, Belçikadakı "Yan Breydel Stadionu"nda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda "Fiorentina" 3:2 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO