“Xırdalan” “Neftçi”yə qalib gəlib yarımfinala çıxdı - FOTO

“Xırdalan” “Neftçi”yə qalib gəlib yarımfinala çıxdı - FOTO

Hazırda oxunan: “Xırdalan” “Neftçi”yə qalib gəlib yarımfinala çıxdı - FOTO

190176

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub. 

Bizim.Media xəbər verir ki, pley-off 'un 1/4 final mərhələsində, "Neftçi" və "Xırdalan" komandaları arasında seriyanın ikinci oyunu çox gərgin keçib. 

Oyunun sonlarında Cakori Arçin 'nin qazandığı kritik xallarla üstünlüyü ələ keçirmiş "Xırdalan" 76-73 hesablı çətin qələbə qazanıb. 

Bu qələbə ilə "Xırdalan" seriyada 2-0 hesablı qələbə qazanaraq, yarımfinalda "Sabah" ın rəqibi olub. Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 17 xal, 12 ribaund), "Xırdalan" (Teyvion Körk - 25 xal, 15 ribaund) . 
Qeyd edək ki, yarımfinal seriyasında ilk oyun 7 may tarixində baş tutacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO