“Qarabağ”ın legioneri Fransa klubuna KEÇƏ BİLƏR

“Qarabağ”ın legioneri Fransa klubuna KEÇƏ BİLƏR

Hazırda oxunan: “Qarabağ”ın legioneri Fransa klubuna KEÇƏ BİLƏR

189508

“Qarabağ” aparıcı futbolçusu Yassin Benzianı mövsümün sonunda itirə bilər. 

Bizim.Media Fransa mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu ölkə klublarının diqqət mərkəzindədir. 

Ağdam klubundakı inamlı oyunu sayəsində yenidən Əlcəzair millisinə qayıdan pleymeyker Avropanın başqa klublarının da maraq dairəsindədir. 

Lakin onun Fransaya qayıtmaq şansı daha yüksək qiymətləndirilir. Çünki “Nitsa” bu transferdə xüsusi fəallığı ilə seçilir. “Nitsa” rəhbərliyi onun keçidi sayəsində hücum gücünü artırmağı hədəfləyir. Fransada Lion “Olimpik”i və “Lill”də çıxış etmiş hücumameyilli oyunçu yaxşı tanıdığı bu ölkəyə qayıtmağın əleyhinə deyil. 
Qeyd edək ki, Yassin Benzianın “Qarabağ”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO