“İnter” Çalhanoğlunun dublu ilə qalib gəldi - VİDEO

“İnter” Çalhanoğlunun dublu ilə qalib gəldi - VİDEO

Hazırda oxunan: “İnter” Çalhanoğlunun dublu ilə qalib gəldi - VİDEO

189421

İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, artıq çempionluğu dəqiqləşən “İnter” doğma arenada mövsümü orta səviyyədə keçirən “Torino” ilə üz-üzə gəlib.

Oyunda əsas hadisələr ikinci hissədə cərəyan edib. Belə ki, 49-cu dəqiqədə qonaqlar azlıqda qalıblar. Say üstünlüyündən yararlanan Milan klubu 4 dəqiqə ərzində iki qol vuraraq qarşılaşmanın gedişatını müəyyənləşdirib.
56-cı dəqiqədə “İnter”in türkiyəli futbolçusu Çalhanoğlu hesabı açıb. 60-cı dəqiqədə o, penaltini dəqiq yerinə yetirib.

Beləliklə də, “İnter” sona iki tur qala xallarını 89-a çatdırıb və ikinci yerdəki “Milan”dan 19 xal irəlidədir. “Torino” isə 46 xalla 10-cudur.
 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO