Rusiya klubu hakimləri almaqda İTTİHAM OLUNUR

Hazırda oxunan: Rusiya klubu hakimləri almaqda İTTİHAM OLUNUR

188944

Rusiyanın MOİK klubu UEFA kubokunu (indiki Avropa Liqası) qazandığı 2004/05 mövsümündə hakimləri almaqda ittiham olunub. 

Bizim.Media xəbər verir ki, belə ittihamı Fransanın "Oser" klubunun sabiq baş məşqçisi Gi Ru irəli sürüb. 

O bildirib ki, 1/4 finalın Moskvadakı görüşündə alınan 0:4 hesablı məğlubiyyətdən şübhələri əsassız deyil:

“Məndə şübhələr yarandı. Yerli uşaqlardan birindən xahiş etdim ki, hakimlər meydanda olduğu vaxt onların çantalarını axtarsın. O, rəngi saralmış vəziyyətdə gəlib dedi ki, çantalarda yaqut qaşlarla bəzədilmiş möhtəşəm saatlar var”. 

Cavab matçındakı 2:0 hesablı qələbədən sonra mübarizəni dayandıran Fransa klubunun 85 yaşlı sabiq veteranı özünü də günahlandırıb: “Mən düzgün etmədim. Heç kimə demədim.
Qalmaqal yaratmaq istəmirdim. Amma daha böyük axmaqlığı onda etdim ki, həmin saatları oğurlamadım”. 

Qeyd edək ki, həmin görüşdə Volfqanq Ştarkın rəhbərlik etdiyi hakimlər briqadası ədaləti qoruyub. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO