Zubirin Fransa klubuna transferinə “Qarabağ"dan RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Zubirin Fransa klubuna transferinə “Qarabağ"dan RƏSMİ AÇIQLAMA

188794

“Bizə Zubirlə bağlı heç bir təklif gəlməyib”.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl fransalı futbolçu Abdullah Zubirin Avropa klublarının maraq dairəsində olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

Fransa Liqa 1 təmsilçisi “Tuluza”nın 33 yaşlı yarımmüdafiəçini transfer etmək istəməsi ilə bağlı iddialara münasibət bildirən klub rəsmisi bu barədə məlumatlı olmadığını söyləyib: 

“Bununla bağlı nəsə demək düzgün çıxmaz. Çünki Zubir hazırda bizim futbolçumuzdur”.

Funksioner təcrübəli oyunçu ilə müqavilənin mümkün uzadılması məsələsinə də toxunub: 

“Hər şey mövsümün sonunda bəlli olacaq. Oturub danışacağıq”.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Abdullah Zubirin klubla müqaviləsi bu ilin yayında başa çatacaq. Ağdam təmsilçisi legioner futbolçuya yeni müqavilə təklif edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO