Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazandılar

Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazandılar

Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazandılar
187081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar.

50 kq çəki dərəcəsinin final görüşündə Azərbaycanın iki cüdoçusu - Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəlib. Nəticədə B.Feyzullayev qızıl, M.Hüsiyev isə gümüş medallara sahib çıxıb.

60 kq çəkidə final qarşılaşmasında da iki cüdoçumuz - Nihad Rəhimov və Özqan Quliyev qarşılaşıb. Nəticədə Nihad Rəhimov qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Fərid Qarayev bürünc medal qazanıb.

66 kq çəkidə tatami üzərinə çıxan Kənan Sadıqov birinci yeri tutub. Eyni çəki dərəcəsində mübarizə aparan Ümüd Qurbanov isə bürünc medalla kifayətlənib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO