“Zirə” doğma meydanda “Qəbələ”ni məğlub etdi

Hazırda oxunan: “Zirə” doğma meydanda “Qəbələ”ni məğlub etdi

186116

Aprelin 7-də futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.

Bizim.Media xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Rəhim Sadıxov, Rafael Utziq, Ceyhun Nuriyev və Fuad Bayramov vurublar.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Qəbələ” isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Tura bu gün baş tutacaq “Neftçi” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Matç 20:00-da start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO