Milli komandamız Bolqarıstana uduzdu

Milli komandamız Bolqarıstana uduzdu

Hazırda oxunan: Milli komandamız Bolqarıstana uduzdu

186025

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.  

Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, millimiz B Liqasının 4-cü qrupunda Latviyanın Salaspils şəhərindəki "Salaspils BSS" stadionunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun komandamızın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu aprelin 9-da, saat 16:00-da "LNK Sporta Parks" stadionunda Latviya yığmasına qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO