Juninyo “Qarabağ”dan gedir?  - Özü AÇIQLADI

Juninyo “Qarabağ”dan gedir?  - Özü AÇIQLADI

Hazırda oxunan: Juninyo “Qarabağ”dan gedir?  - Özü AÇIQLADI

184814

"Qarabağ"In forvardı Olavio Juninyo Premyer Liqanın 28-ci turunun "Kəpəz"lə matçından sonra jurnalistlərin suallarını cavablandırıb. 

Bizim.Media xəbər verir ki, braziliyalı hücumçu ona təkliflərin olub-olmamasına da aydınlıq gətirib:

- "Qarabağ"da ilk çempionluğunu qazandın. Təəssüratların necədir?

- Əslində, "Qarabağ"da ilk titulumla yanaşı, elə peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir.

- Belə erkən çempionluq gözləyirdin?

- Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi.

- Fransa klublarından təkliflər almağın nə dərəcədə realdır?

- Bununla bağlı heç bir məlumatım yoxdur. Əgər varsa da, agentim bu işlərlə məşğul olur. Gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO