“Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO 

“Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO 

Hazırda oxunan: “Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO 
184301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda son iki oyun keçirilib. 

Bizim.Media xəbər verir ki, günün ilk oyunu "Xırdalan" və "Sumqayıt" komandaları arasında baş tutub. Bu oyun "Xırdalan" klubunun 89-83 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Teyvion Körk- 20 xal, 5 ribaund), "Sumqayıt" (Nəzər Quliyev - 21 xal, 8 ribaund) Günün ikinci oyununda qrup liderliyi uğrunda "Neftçi" və "Xəzri" klubları üz-üzə gəliblər. 
Bu görüşdə "Neftçi" 80-67 hesablı qələbə qazanaraq, "A" qrupunu lider tamamlayıb.  

Ən məhsuldar basketbolçular: "Neftçi" (Kamran Məmmədov - 26 xal, 4 ribaund), "Xəzri" (Oubri Makalpayn - 26 xal, 5 ribaund)

Qeyd edək ki, "B" qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İNDİQO" oyunundan sonra aydınlıq gələcək.

“Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO  - foto 1
“Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO  - foto 2
“Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO  - foto 3
“Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO  - foto 4
“Neftçi” və “Xəzri” kubokun YARIMFİNALINDA - FOTO  - foto 5

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO