AVRO-2024: Pley-off mərhələsinin finalına vəsiqə qazanan yığmalar bəlli oldu

AVRO-2024: Pley-off mərhələsinin finalına vəsiqə qazanan yığmalar bəlli oldu

Hazırda oxunan: AVRO-2024: Pley-off mərhələsinin finalına vəsiqə qazanan yığmalar bəlli oldu

183674

AVRO-2024-ün pley-off mərhələsində növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, A Liqasında Polşa Estoniyanı 5:1, Uels Finlandiyanı 4:1 hesabı ilə məğlub edib.

B Liqasında Ukrayna Bosniya və Herseqovinanı 2:1, İslandiya İsraili 4:1 hesabı ilə üstələyib.

C Liqasında Yunanıstan Qazaxıstanı 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Daha əvvəl isə Gürcüstan seçməsi Lüksemburqa 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan - Yunanıstan komandaları üz-üzə gələcəklər. Oyunlar martın 26-da keçiriləcək.
 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO