Rusiyalı atletlər cəzalandırıldılar

Hazırda oxunan: Rusiyalı atletlər cəzalandırıldılar

181265

Rusiyalı atletlər – Yekaterina Kuznetsova-Zyuqanova və Viktoriya Sudaruşkina dopinqə görə diskvalifikasiya olunublar. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Atletika Federasiyası məlumat yayıb. 

Bildirilib ki, Moskva Antidopinq Laboratoriyasında əldə olunan nəticələrə görə, Yekaterina Kuznetsova-Zyuqanovanın 2013-cü il martın 13-dən 2015-ci il martın 12-nə qədər yarışlarda qazandığı bütün nəticələr ləğv olunub. Onun cəzası 2024-cü ildən 2026-cı ilə qədər təyin olunub.
Sudaruşkina isə 2024-cü ildən 2028-ci ilə qədər yarışlardan uzaqlaşdırılıb. Bu idmançının 2013-cü ildən 2024-cü ilə qədər olan nəticələri ləğv edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO