Azərbaycan Kubokunda YENİ REKORD

Azərbaycan Kubokunda YENİ REKORD

Hazırda oxunan: Azərbaycan Kubokunda YENİ REKORD
177529
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Kubokunun 1/4 final mərhələlərində yeni rekord qeydə alınıb.

Bizim.Media PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” - “Qarabağ” cütü bu mərhələnin ən məhsuldar duelinin iştirakçısı olub.

Bu komandaların görüşlərində 15 qol vurulub. Hər iki tərəf səfərdə qalib gəlib. Ağdam klubu 7:1, paytaxt təmsilçisi 4:3 hesabı ilə üstün olub.

İndiyədək 1/4 final mərhələlərinin bir cütündə bu qədər qol vurulmayıb. Ən məhsuldar duellər 13 qolla başa çatıb.

1994/1995-ci illər mövsümündə “Kəpəz”lə Sumqayıt “Xəzər”inin matçlarında gəncəlilər iki qələbə qazanıblar - 3:0 və 6:4. 2016/2017-ci illər mövsümündə isə “Qarabağ” “Sumqayıt”ı üstələyib – 6:0 və 5:2.
Qeyd edək ki, ümumilikdə ölkə kubokunun ən məhsuldar cütündə 23 qol qeydə alınıb. 2003/2004-cü illər mövsümündə 1/8 finalda “Şəfa” “Lider Qarabağ”ı 14:0 və 8:1 hesabları ilə yenib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO