“Qarabağ” məğlub olaraq, yarımfinala adladı

“Qarabağ” məğlub olaraq, yarımfinala adladı

Hazırda oxunan: “Qarabağ” məğlub olaraq, yarımfinala adladı

177317

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçları keçirilib. 

Bizim.Media xəbər verir ki, günün sonuncu qarşılaşmasında cütün taleyi demək olar ki, bəlli idi. 

Səfərdə “Sabah”a 7:1 hesabı ilə qalib gəlmiş “Qarabağ” üçün cavab oyunu formal xarakter daşıyırdı. Bu oyun da məhsuldar keçib. Ağdam klubu 3:4 hesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə yüksəlib. 

Qeyd edək ki, yarımfinalın digər cütündə “Neftçi” “Sumqayıt”ı, “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Səbail”ə bu gün 3:0 hesabıyla qalib gəlmiş “Zirə” artıq yarımfinala vəsiqəni təmin edib (ilk oyun 2:1).

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

8 fevral

“Qarabağ” – “Sabah” 3:4

Qollar: Hamidu Keyta, 30. Adama Diakabi, 61. Maruan Hadudi, 74-öz qapısına – Kristian da Silva, 5. Jarl Marqarita, 27. İshak Belfodil, 58; 69-pen.

Qırmızı vərəqə: Riçard Almeyda, 76.

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 7:1

Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 71. Qurban Məhərrəmov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.

Məşqçi: Ruslan Qafitullin.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO