ABŞ və Britaniya İran kəşfiyyatı ilə əlaqəsi olan 11 nəfəri “qara siyahı”ya SALDI

ABŞ və Britaniya İran kəşfiyyatı ilə əlaqəsi olan 11 nəfəri “qara siyahı”ya SALDI

Hazırda oxunan: ABŞ və Britaniya İran kəşfiyyatı ilə əlaqəsi olan 11 nəfəri “qara siyahı”ya SALDI
175698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ və Böyük Britaniya hökuməti İran kəşfiyyatının maraqları naminə dissidentlərin təqibində iştirak etməkdə ittiham olunan 11 nəfərə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat yayıb.

O bildirib ki, əldə olan məlumatlara görə, sanksiya tətbiq edilən şəxslərin transmilli repressiyalarla, o cümlədən çoxsaylı qətllər və adam oğurluqları ilə məşğul olan, ABŞ-da əməliyyatlar planlaşdıran şəbəkə ilə əlaqələri olub.
ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi bəyanata görə, iranlı narkotacir Naci Şərifi Zindəşti bu şəbəkənin lideridir.  Şəbəkənin bir sıra ölkələrdə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Türkiyədə qətllərlə əlaqəli olduğu qeyd olunur. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO