Basketbol Liqası: “Sabah” vahid lider oldu

Basketbol Liqası: “Sabah” vahid lider oldu

Hazırda oxunan: Basketbol Liqası: “Sabah” vahid lider oldu

174454

Bu gün Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, turun son qarşılaşmasında NTD-İNDİQO “Sabah”ı qəbul edib.

Liderlərin duelində meydan sahibləri böyük fasiləyə bir xal fərqi ilə üstün yollanıblar. Amma 3-cü periodda qələbə hesabını qorumaq mümkün olmayıb. Azərbaycan çempionu təcrübəsi hesabına önə keçib. "Sabah" çətin oyunda qələbə qazanaraq, vahid lider olub.

NTD-İNDİQO mövsümdə ikinci dəfə uduzub. Xaçmaz klubu ilk məğlubiyyəti də məhz "Sabah"la görüşdə yaşayıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Sərhədçi” “Şəki”ni 112:82, “Neftçi” “Cəlilabad”ı 72:63, “Xəzri” “Gəncə”ni 96:89 və “Xırdalan” “Sumqayıt” 100:90 hesabı ilə məğlub edib.

XI tur

21 yanvar

14:00. NTD-İNDİQO – “Sabah” - 79:83 (25:25, 21:20, 20:24, 13:14)

Xaçmaz Olimpiya İdman Kompleksi

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO