Bakıdakı Dünya Kubokunda hansı ölkələr İŞTİRAK EDƏCƏK?

Hazırda oxunan: Bakıdakı Dünya Kubokunda hansı ölkələr İŞTİRAK EDƏCƏK?

173695

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, fevralın 23-dən 25-dək davam edəcək yarışa 33 ölkə qatılacaq. 

Dünya Kubokunda Türkiyə, ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa, Almaniya, İspaniya, Meksika, Çin və digər ölkələrin təcrübəli gimnastları bacarıqlarını nümayiş etdirəcəklər. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 
Qeyd edək ki, Azərbaycan gimnastı Selcan Maqsudovanın Olimpiadaya düşmək şansı yüksəkdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO