"Liverpul"da ciddi itki

Hazırda oxunan: "Liverpul"da ciddi itki

172708

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun İngiltərə kubokunun 1/32 finalında "Arsenal"la oyunda (0:2) zədələnməsidir.

Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp futbolçunun durumu ilə bağlı deyib:

“Son oyun zamanı Trent dizindən zədə aldı. Onun diz bağında kiçik yırtıq var və bunun sağalması üçün vaxt lazımdır. Bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bir az dincələcək və ümid edirəm ki, əvvəlki səviyyəsinə qayıda biləcək. Onun üçün çox darıxacağıq”.
Qeyd edək ki, Aleksander-Arnold bu mövsüm  bütün yarışlarda 25 matçda iştirak edib, 2 qol vurub və 9 qolun ötürməsini verib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO