“Qarabağ”ın prezidenti: “Rəqibdə əsgərlərin ruhu var idi”

“Qarabağ”ın prezidenti: “Rəqibdə əsgərlərin ruhu var idi”

Hazırda oxunan: “Qarabağ”ın prezidenti: “Rəqibdə əsgərlərin ruhu var idi”
170129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu gün Xankəndidə hər iki komanda layiqli oyun nümayiş etdirdi. Rəqib əla oynadı. Onlarda əsgərlərin ruhu var idi. Məğlub olsaydıq belə üzülməyəcəkdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün keçirilən "Qarabağ" - MOİK oyunundan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, ölkə Prezidentinin oyunu izləməsi, futbol ictimaiyyətinin Xankəndidə olması tarixi andır:

"Cənab Prezident də çıxışında bildirdi ki, artıq Ağdamda "İmarət" stadionunun inşasına başlanılacaq. Biz də inşa olunacaq bu yeni stadionda ən baxımlı, ən maraqlı oyunlarımızı keçirəcəyik". 

Tahir Gözəl həmçinin, Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri barədə də danışıb:

"Braqa" ilə oyun bizim üçün ağır keçəcək. Onu da deyim ki, bu klubu qarşımıza çıxmasını istədiyimiz 3 komandadan biri idi. Portuqaliya futbolunun öz adət-ənənəsi var, amma inanıram ki, komandamız səfərdə və evdə mükəmməl oyun sərgiləyib, növbəti mərhələyə çıxacaq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO