"Araz-Naxçıvan" səfərdə "Qəbələ"ni məğlub etdi - VİDEO

Hazırda oxunan: "Araz-Naxçıvan" səfərdə "Qəbələ"ni məğlub etdi - VİDEO
161014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, son matçda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.

Qələbə şəhər stadionundakı qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib. Naxçıvan təmsilçisinin heyətində 32-ci dəqiqədə Turan Manafov, 44-cü dəqiqədə Kadiri Məhəmməd, 69-cu dəqiqədə Elviş Maşike, 71-ci dəqiqədə Miço Kuzmanoviç fərqlənib.
Meydan sahiblərində Samuel Tetteh 37-ci dəqiqədə rəqib qapısına yol tapa bilib. Bundan əlavə, "Qəbələ"dən İlkin Qırtımov 28-ci dəqiqədə birbaşa qırmızı, 60-cı dəqiqədə Osama Xalayla ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Araz-Naxçıvan" üçüncü sırada "Səbail"ə çatıb. "Qırmızı-qaralar" 7 xalla doqquzuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Səbail"i (4:2), "Sabah" "Sumqayıt"ı (3:1) məğlub edib. "Turan Tovuz" - "Qarabağ" (2:2), "Kəpəz" - "Zirə" (0:0) görüşlərində qalib müəyyənləşməyib.
 

 

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO