"Qarabağ" səfərdə "Neftçi"yə qalib gəldi - VİDEO

Hazırda oxunan: "Qarabağ" səfərdə "Neftçi"yə qalib gəldi - VİDEO
158927
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

Bizim.Media xəbər verir ki,  IX turun sonuncu oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Ağ-qaralar" isə 12 xalla beşinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Kəpəz"i 1:0 hesabı ilə yenib. IX turun digər matçlarında "Zirə" "Turan Tovuz"u (2:1), "Səbail" "Qəbələ"ni (1:0) məğlub edib. "Sabah" - "Araz-Naxçıvan" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO