Xorvatiya mətbuatı Mahirdən yazdı

Xorvatiya mətbuatı Mahirdən yazdı

Hazırda oxunan: Xorvatiya mətbuatı Mahirdən yazdı
156051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiya mətbuatında Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda çıxış edən üzvü Mahir Emreli haqqında yazılıb. 

Bizim.Media xəbər verir ki, "Sportske novosti"də komandanın Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda "Astana"ya qarşı keçirəcəyi oyun üçün mümkün start heyəti müzakirə edilib və Mahirə əsas heyətdə yer veriləcə iddia edilib: 

"Dinamo"nun hücumunun sağ cinahında Mahir Emreliyə yer verəcəyi gözlənilir. O, Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci turunda Qazaxıstanda "Astana"ya qarşı oynamışdı (2:0).

Bu mənada, Mahir yenidən həmin mövqeyə daha yaxın görünür. Astanadakı görüşdə Mahir yaxşı təsir bağışlamışdı.

Bu səbəbdən də Mahir Emrelinin "Astana"ya qarşı matçda əsas heyətdə yer alacağını gözləmək olar. Sol cinah Lyubiçiçin oynaya biləcəyi yeganə mövqedir. Misiç, Bulat və Baturina isə onun arxasında yer alır. Şübhəsiz ki, onlar "Dinamo"nun hücumlarını quracaq oyunçular olacaqlar. Petkoviçlə yanaşı, hücumda Emreli və ya Vidoviç yer olmalıdır". 
Qeyd edək ki, 2Dinamo" ilə "Astana" arasındakı görüş sentyabrın 21-də keçiriləcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO