Cani De Byazi: “Belçikaya təslim olmayacağıq”

Cani De Byazi: “Belçikaya təslim olmayacağıq”

Hazırda oxunan: Cani De Byazi: “Belçikaya təslim olmayacağıq”
153909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Belçika yığması ilə Bakıda keçiriləcək oyun haqda danışıb.  

Bizim.Media xəbər verir ki, “VoetbalGokken.nl” portalına danışan italiyalı mütəxəssis görüşdən gözləntisi haqda bunları deyib: 

“Belçikaya qarşı matç asan olmayacaq. Rəqibin heyətində ulduzlar var və komanda FİFA reytinqində yüksək yer tutur. Çox güclü klublarda oynayan futbolçuları var. Azərbaycan millisinin əksər oyunçuları isə öz çempionatında çıxış edir.  
Amma biz öz oyunumuza sadiq qalacağıq və bu matçda məqsədimizə çatmaq üçün hər şeyi edəcəyik. Belçikaya təslim olmaq fikrində deyilik. Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq bizim üçün çətin olacaq. Azərbaycan millisinin səviyyəsi o qədər də yüksək olmasa da, ildən-ilə yüksəlir. Yaxşı oyunçularımız var. Əsas problem kadrların zəif seçilməsindədir". 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO