Millimiz Avropa çempionatına hazırlığı başa vurdu - FOTO 

Millimiz Avropa çempionatına hazırlığı başa vurdu - FOTO 

Hazırda oxunan: Millimiz Avropa çempionatına hazırlığı başa vurdu - FOTO 
150824
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlıqları başa vurub.

Bizim.Media xəbər verir ki, komandamız təlim-məşq toplanışını keçdiyi Sloveniyada son olaraq Macarsıtan yığması ilə bir neçə yoxlama oyunu keçirib. 

Komandalar ilk olaraq dünən qarşılaşıblar. Bu matç fərqli formatda təşkil olunub. Belə ki, komandalar iki heyətə bölünərək yerdəyişmə əsasında eyni anda fərqli meydanlarda oynayıblar. Bu qarşılaşmaların birində millimiz 3:0 hesabı ilə qəbələ qazanıb, digərində isə 2:3 hesabı ilə uduzub.  

Bu gün isə Macarıstanla son oyunumuz baş tutub. Bu, həm də yarış öncəsi son yoxlama matçı olub. Görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.  

Qeyd edək ki, iyundan hazırlıqlara start verən yığmamız bu müddətdə Bosniya və Herseqovina ilə üç (2:2, 3:1 3:1), Belarusla üç (4:0, 3:1, 3:1), Kamerunla bir (2:2), Sloveniya ilə iki (1:3, 3:2) və Macarıstanla üç (3:0, 2:3, 3:1) yoxlama matçı keçirib.

Beləliklə, millimiz qitə birinciliyinə hazırlıqları yekunlaşdırıb və sabah yarışda qrup oyunlarımızın keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə yola düşəcək. Komandamıza AVRO-2023-də uğurlar arzu edirik. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO