“Neftçi” və “Qəbələ” Konfrans Liqasında mübarizəyə BAŞLAYIR 

“Neftçi” və “Qəbələ” Konfrans Liqasında mübarizəyə BAŞLAYIR 

Hazırda oxunan: “Neftçi” və “Qəbələ” Konfrans Liqasında mübarizəyə BAŞLAYIR 

148187

Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk ounları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün təmsilçilərinizdən "Qəbələ" və "Netç" mübarizəyə başlayır.

"Qəbələ" doğma meydanda Kiprin "Omoniya" klubunu qəbul edir. Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.  

"Neftçi" isə Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olacaq. Estoniyalı Yuri Frişerin idarə edəcəyi qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq. 

UEFA Konfrans Liqası 

II təsnifat mərhələsi, ilk oyunlar 

27 iyul 

20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) 

Baş hakim: Andrey Çivulete (Rumıniya) 

Qəbələ şəhər stadionu 

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan) 

Baş hakim: Yuri Frişer (Estoniya) 

Sarayevo, "Qrbavitsa" stadionu. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO