Boksçumuz erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb - FOTO 

Boksçumuz erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb - FOTO 

Hazırda oxunan: Boksçumuz erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb - FOTO 
143699
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşada keçirilən III Avropa Oyunlarında boks üzrə yarışların dörddəbir final mərhələsinə start verilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Murad Allahverdiyev çıxıb. 

Bizim.Media xəbər verir ki, yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Hambardzum Hakobyanla (Ermənistan) üz-üzə gəlib. 

Görüş boksçumuzun aşkar üstünlüyü şəraitində keçib. Hər 3 raundu xeyrinə bitirən Murad yekunda 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib və mərhələ adlayıb. 

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. M.Allahverdiyev yarışda “dördlüy”ə yüksəldiyi üçün həm də “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ilk vəsiqəsi olub. 

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Murad yarımfinalda Qabriyel Veoçiçlə (Xorvatiya) qarşılaşacaq. Görüş iyunun 30-da olacaq. 
Qeyd edək ki, bu gün daha 3 boksçumuz dörddəbir final döyüşünə çıxacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Amina Zidanilə (Fransa), Sərxan Əliyev (71 kq) Makan-Vie Traore (Fransa) ilə və Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gələcək. 

Boksçumuz erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb - FOTO  - foto 1
Boksçumuz erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb - FOTO  - foto 2
Boksçumuz erməni rəqibinə qalib gələrək “Paris-2024”ə lisenziya qazanıb - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO