Dünyanın ən dəyərli futbol klubları bəlli oldu – İLK ONLUQ  

Dünyanın ən dəyərli futbol klubları bəlli oldu – İLK ONLUQ  

Hazırda oxunan: Dünyanın ən dəyərli futbol klubları bəlli oldu – İLK ONLUQ  

139109

“Forbes” jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, siyahıya İspaniyanın “Real” klubu başçılıq edir.  

“Kral klubu”nun dəyəri 6,07 milyard ABŞ dollarıdır. İkinci pillədə İngiltərə “Mançester Yunayted”i qərarlaşıb – 6 milyard dollar. İlk “üçlüy”ü İspaniya “Barselona”sı (5,51 milyard dollar) tamamlayır. İngiltərə “Liverpul”u (5,29 milyard dollar) dördüncü, “Mançester Siti” (4,99 milyard dollar) beşincidir.  
Dünyanın ən dəyərli klublarının “Top-10” reytinqinə, həmçinin, Almaniyanın “Bayern” (4,86 milyard dollar), Fransanın PSJ (4,21 milyard dollar), İngiltərənin “Çelsi” (3,1 milyard dollar), “Tottenhem” (2,8 milyard dollar) və “Arsenal” (2,26 milyard dollar) klubları da daxildir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO