Boksçumuz beynəlxalq turnirə qələbə ilə BAŞLADI 

Boksçumuz beynəlxalq turnirə qələbə ilə BAŞLADI 

Hazırda oxunan: Boksçumuz beynəlxalq turnirə qələbə ilə BAŞLADI 

137765

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir start götürüb. Yarışda Azərbaycan millisinin heyətində ilk olaraq rinqə çıxan Məhsəti Həmzəyeva (57 kq) qələbə qazanıb. 

Bizim.Media xəbər verir ki, o, 1/8 final çərçivəsində ukraynalı Tatyana Kravçiki sınağa çəkib.

Həmzəyeva ikinci raundda rəqibini tam üstünlüklə məğlub edib. Yığma üzvü yarışın 3-cü günündə Svetlana Staneva (Bolqarıstan) ilə üz-üzə gələcək. 

Bu gün həmçinin millimizin boksçularından Mehparə Məmmədova (48 kq) Olqa Şlimovanı (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevanı (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makineni (Finlandiya), Şəhla Allahverdiyeva (66 kq) Asuteya Ausiuteni (Litva), Aynur Rzayeva (75 kq) Kerri Devisi (İngiltərə) sınağa çəkəcək. 

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO