Mahirin oynadığı matçda “Konyaspor” qalib gəldi

Mahirin oynadığı matçda “Konyaspor” qalib gəldi

Hazırda oxunan: Mahirin oynadığı matçda “Konyaspor” qalib gəldi
133519
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti oyununa çıxıb.  

Bizim.Media xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Trabzonspor"u qəbul edib. 

Görüş Konyaspor"un qələbəsiylə başa çatıb - 2:1. "Konyaspor" hesabda geri düşsə də, dönüş etməyi bacarıb.  Mahir də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub və skna qədər oynayıb.  
Emreli 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. "Konyaspor" 31 oyundan sonra 45 xalla 6-cı sıradadır. "Trabzonspor" isə 30 oyuna 45 xal toplayıb və 7-ci pillədə qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO