Premyer Liqa:

Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəldi - Ağdamlıların ilk məğlubiyyəti - VİDEO

Hazırda oxunan: Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gəldi - Ağdamlıların ilk məğlubiyyəti - VİDEO
131094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, bağlanış oyununda lider "Qarabağ" ən yaxın izləyicisi "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt klubundan hər iki qolu Coy Lens Mikels vurub. Almaniyalı yarımmüdafiəçi 72 və 76-cı dəqiqələrdə fərqlənib. 30 yaşlı oyunçu bombardirlər siyahısında Ağdam klubunun hücumçusu Ramil Şeydayevə çatıb - 17 qol.
Hazırda onu çempionatın ən sərrast futbolçusu olan "köhlən atlar"ın digər forvardı Musa Qurbanlıdan cəmi 3 top ayırır. Qonaqların yeganə qoluna isə 86-cı dəqiqədə penaltidən Riçard Almeyda imza atıb.

Bu qələbə ilə xallarını 68-ə çatdıran "Sabah" ikinci pillədəki mövqeyini möhkəmlədib. 77 xalı olan "Qarabağ" isə vahid liderdir.

Qeyd edək ki, XXX turun əvvəlki matçlarında "Zirə" evdə "Səbail"ə 3:1, "Qəbələ" səfərdə "Neftçi"yə 2:1, "Kəpəz" Qəbələdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib, "Sumqayıt" isə Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib.
 


 
 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO