
- A-
- A
- A+
İdman
11:10 / 12.04.2023
1 dəq oxunma
Azərbaycan millisi İrəvanda Avropa çempionatına YOLLANACAQ
Hazırda oxunan: Azərbaycan millisi İrəvanda Avropa çempionatına YOLLANACAQ
130286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.
Bizim.Media xəbər verir ki, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































