
- A-
- A
- A+
İdman
22:02 / 20.03.2023
1 dəq oxunma
Mahirin əvəzinə milliyə oyunçu çağırılmadı
Hazırda oxunan: Mahirin əvəzinə milliyə oyunçu çağırılmadı
126550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
AVRO-2024-ün seçmə mərhələsində ilk matçlara hazırlıq məqsədilə bir araya gələn milli komandamızın heyətində dəyişiklik olmayacaq.
Bizim.Media xəbər verir ki, italiyalı baş məşqçi Canni de Byazi zədələndiyinə görə heyətdən çıxarılan "Konyaspor"un hücumçusu Mahir Emrelinin yerinə futbolçu çağırmağı lazım bilməyib.
Bununla da Avstriya və İsveç yığmaları ilə səfər oyunlarına millimiz 26 futbolçu ilə yollanacaq.
Xatırladaq ki, milli komandamız martın 18-də Bakıda başlayan hazırlığı sabah yekunlaşdıracaq, birigün isə Avstriyaya yollanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































