Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı

Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı

Hazırda oxunan: Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı
122500
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amin Yadigarlı (-55 kq) və Rumil Cəfərli (-76 kq) 16-17 yaşlı gənclər arasında Karate1Youth League turnirinin mükafatçıları olublar. 

Bizim.Media xəbər verir ki, A.Yadigarlı qızıl medal, R.Cəfərli gümüş mükafat qazanıb. 

Xatırladaq ki, bir gün əvvəl Nicat Kərimli (-75 kq) Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində mötəbər turnirin gümüş medalına sahib olub. Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda  67 ölkədən 1169 idmançının iştirak edir.

Turnirdə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı - foto 1
Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı - foto 2
Daha iki karateçimiz beynəlxalq turnirdə medal qazandı - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO