Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Hazırda oxunan: Azərbaycan çempionatında finalçılar müəyyənləşdi
116476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Durarbəyli-Əsədli Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinal başa çatıb.

Bizim.Media xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə oynamaqla adını finala yazdırıb. 

İki görüşdən 1,5-0,5 hesabı ilə qələbə qazanan Vasif Durarbəyli həlledici görüşə vəsiqə qazanıb. Vüqar Əsədli isə ikinci görüşdə də Məhəmməd Muradlıya qalib gəlməklə çempionluq uğrunda final oyununda iştirak hüququ qazanıb.  
Qeyd edək ki, final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa finalçılar arasında tay-brek oynanılacaq. Eltac Səfərli və Məhəmməd Muradlı 3-cü yer uğrunda mübarizə aparacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO