"Zirə"-"Kəpəz" matçında 4 top vuruldu - 4 QIRMIZI VƏRƏQƏ

Hazırda oxunan: "Zirə"-"Kəpəz" matçında 4 top vuruldu - 4 QIRMIZI VƏRƏQƏ
111574
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, ilin və XVIII turun sonuncu oyununda "Zirə" "Kəpəz"i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Qonaqların qollarını 25-ci dəqiqədə Fərid Nəbiyev, 41-ci dəqiqədə Nicat Süleymanov vurub. "Qartallar"ın heyətində 11-ci dəqiqədə Rəhim Sadıxov, 90+8-ci dəqiqədə Sertan Taşkın fərqlənib.
Matçda 4 qırmızı vərəqə də göstərilib. 18-ci dəqiqədə "Zirə"dən Coşqun Diniyev, 4 dəqiqə sonra onun komanda yoldaşı Nemanya Ancelkoviç meydandan qovulub.

57-ci dəqiqədə "Kəpəz"in heyətində Elçin Əlicanov, 90+1-ci dəqiqədə isə Giorgi Kantariya eyni halla üzləşib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO