Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Hazırda oxunan: Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək
104591
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

Bizim.Media xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olacaq.

Kişineudakı "Zimbru" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.

Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. 5 matçda isə qalib müəyyənləşməyib.

Yoldaşlıq oyunu

16 noyabr

21:00. Moldova - Azərbaycan

Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik, Roman Jitari (Ukrayna)

Kişineu, "Zimbru" stadionu

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO