Sumqayıt və Bakıda “civə əməliyyatı”x9d

Sumqayıt və Bakıda “civə əməliyyatı”x9d

Hazırda oxunan: Sumqayıt və Bakıda “civə əməliyyatı”x9d

90659
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri və Bakının Nizami rayonunda mənzillərin civədən təmizlənməsi üzrə əməliyyat keçirib.

FHN-dən Moderator.az-a verilən məlumata görə, Sumqayıtda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 11:27-də başa çatıb.

İkinci belə hadisə isə Bakının Nizami rayonunda baş verib.

Burada da mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 12:35-də başa çatıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO