Bu ölkədə azan qadağan olunacaq

Bu ölkədə azan qadağan olunacaq

Hazırda oxunan: Bu ölkədə azan qadağan olunacaq

622077

Danimarka hökuməti ölkə üzrə səsucaldanlar vasitəsilə azanın səsləndirilməsinin tam qadağan olunması ilə bağlı hüquqi araşdırmaları yenidən başladacağını elan edib.

Bizim.Media xəbər verir ki, müvafiq qadağanın tətbiqinin təşəbbüskarı Danimarkanın miqrasiya və inteqrasiya naziri Morten Bodskov olub.

Nazir ölkənin bəzi ərazilərinin artıq "İslamabadın ətraf qəsəbəsi kimi hiss edildiyini" iddia edərək, Danimarka küçələrində gəzən insanların özlərini başqa ölkədəymiş kimi hiss etməməli olduqlarını bildirib. O, ölkədə gizli şəkildə yayılan islamlaşmanın ictimai məkanın böyük hissəsini əhatə etdiyini irəli sürüb.
 

Bu, Danimarkada azanın qadağan olunması istiqamətində edilən artıq üçüncü rəsmi cəhddir. Sosial Demokratlar Partiyası bundan əvvəl 2020 və 2025-ci illərdə də analoji təşəbbüslərlə çıxış etsə də, Danimarka Konstitusiyasının dini ayinlərin açıq şəkildə icrasını təmin edən müddəaları səbəbindən tam qadağaya nail olmaq mümkün olmamışdı.


Hazırda ölkənin bəzi bölgələrində, xüsusilə paytaxt Kopenhagen kimi iri şəhərlərdə səs-küy qaydalarına əsasən minarələrdən dinamiklə azan oxunmasına müəyyən məhdudiyyətlər tətbiq olunsa da, hökumət bu dəfə qərarı tam qanuniləşdirmək niyyətindədir.

Məlumat üçün bildirək ki, təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır və ölkədə 100-ə yaxın məscid fəaliyyət göstərir. Baş nazir Mette Frederiksenin rəhbərlik etdiyi hökumət hazırda Avropanın ən sərt miqrasiya və inteqrasiya siyasətlərindən birini həyata keçirməklə tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO