Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

Hazırda oxunan: Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı

622028

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən mühafizəkarların konfransındakı çıxışı zamanı Demokratlar Partiyasını kəskin tənqid edib və bu partiyanın yürütdüyü siyasətin ölkə üçün ciddi təhlükə yaratdığını bəyan edib. Trampın sözlərinə görə, son seçkilərdə Nyu-Yorkda demokratik sosialist namizədlərin qələbə qazanması Demokratlar Partiyası daxilində sol qanadın təsirinin getdikcə artdığını sübut edir.

Bizim.Media xəbər verir ki, o, həmçinin demokratları ənənəvi Amerika həyat tərzini təhdid edən ideyaları dəstəkləməkdə ittiham edib:
 

"Bütün kommunistlər dinsizdir (Allahsızdır). Onlar Allaha inanmırlar... Bu amansız kommunistlər bütün dinlərə, xüsusən də xristianlığa hücum edirlər. Onlar bunu həmişə edirlər. Digər dinlərlə müqayisədə ən çox məhz xristianlığı hədəf alırlar".


Tramp qeyd edib ki, bu cür ideologiyaların yayılması ABŞ-ın 250 il əvvəl əsası qoyulduğu gündən bəri ölkənin qarşılaşdığı ən böyük təhlükədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO