Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

Hazırda oxunan: Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...

622118

ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışından sonra Vaşinqtonla Avropa ölkələri arasında yaranan strateji qeyri-müəyyənlik, müttəfiqlərin potensial Rusiya təcavüzü zamanı Amerikanın hərbi dəstəyinə olan inamını ciddi şəkildə sarsıdıb. Bu vəziyyət xüsusilə Şimali Atlantika Alyansının (NATO) şərq cinahında yerləşən ölkələrdə böyük təşvişə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Guardian" nəşri NATO daxilindəki mənbələrə və Avropa xarici əlaqələr şurasının hesabatlarına istinadən geniş analitik material dərc edib.
 

Məqalədə qeyd olunur ki, Polşa və Baltikyanı ölkələrin siyasətçiləri artıq qapalı qapılar arxasında Rusiyanın mümkün hücumu zamanı "ABŞ-ın prosesə müdaxilə etməməsi" ssenarisini real olaraq nəzərdən keçirir və praktiki müdafiə planlarını buna uyğun formalaşdırırlar.


Əvvəllər yalnız fərziyyə sayılan bu ssenari, artıq Avropa paytaxtlarını öz hərbi strategiyalarını yenidən qurmağa və fərdi müdafiə imkanlarını gücləndirməyə məcbur edir. Bununla belə, ekspertlər etiraf edirlər ki, ABŞ-ın kəşfiyyat və nəhəng hərbi resursları olmadan Avropanın bu sahədə müstəqil addımlar atmaq imkanı hələlik olduqca məhduddur.

Avropa Beynəlxalq Münasibətlər Şurasının (ECFR) eksperti Yana Pulyerin (Jana Puglierin) transatlantik münasibətlərdəki bu böhranı məşhur kvant fizikası nəzəriyyəsinə bənzədərək "Şredingerin NATO-su" (Schrödinger’s NATO) adlandırıb:

"ABŞ kağız üzərində alyansın üzvü kimi görünsə də, praktiki olaraq orada deyilmiş kimi davranır. Heç kim 'qutunu açana' — yəni NATO real hərbi sınaqla üz-üzə qalana qədər münasibətlərin həqiqi vəziyyətini bilməyəcək. Lakin o an gəldikdə, avropalılar üçün artıq çox gec ola bilər".

Qeyd edək ki, mütəxəssislərin rəyinə görə, Kremlin yaxın 5–7 il ərzində süni intellekt, kütləvi dron və artilleriya istehsalı sayəsində öz hücum potensialını tam bərpa edəcəyi gözlənilir. Ukraynanın uzaqmənzilli zərbə sistemləri sahəsindəki uğurları Avropaya müəyyən ümid versə də, NATO-nun bütün memarlığının tarixi boyu ABŞ ordusunun gücü üzərində qurulması səbəbindən Avropa hələ də hava hücumundan müdafiə (HHM) və pilotsuz aparatlar fonunda zəif və hazırlıqsız görünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO